APOEL “Qarabağ”la oyuna itki ilə çıxacaq

apoel-qarabagla-oyuna-itki-ile-cixacaq
Oxunma sayı: 1062

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”ın qonağı olacaq APOEL-də itki baş verib.

“Qafqazinfo” xəbər verir ki, Nikosiya klubunun yarımmüdafiəçisi Alef dos Santos sıradan çıxıb. Braziliyalı futbolçu 3 həftə yaşıl meydanlardan kənar qalacaq.
 
“Qarabağ” Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Cütün cavab görüşü avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.