“Apple” şirkətinin səhmlərinin birja dəyəri 1 trilyon dolları keçib.
“Qafqazinfo” “NTV Türkiyə”yə istinadən xəbər verir ki, səhər saatlarında səhmləri 204 dollardan satılan şirkətin səhmlərinin qiyməti hazırda 207 dollara çatıb.
Bu, dünyada texnologiya şirkətləri arasında ilk belə hal kimi tarixə də düşüb.
Məlumat üçün bildirək ki, tarixdə ilk dəfə 1 trilyon dollar səddini keçən Çinin “PetroChina” adlı neft şirkəti olmuşdu. “Apple” hazırda bu ünvanı qazanan ikinci şirkətdir.
Son xəbərlər
Son Xəbərlər