“Apple” ABŞ-dakı mağazalarını bağlayır

apple-abs-daki-magazalarini-baglayir
Oxunma sayı: 1549

“Apple” şirkəti koronavirusun “Omicron” ştamının sürətlə yayılmasına görə ABŞ-dakı mağazalarını bağlamağa davam edir.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, şirkətin Nyu-York və digər şəhərlərdəki ticarət nöqtələri qapılarını alıcıların üzünə bağlayıb.

Bununla belə, alıcılar onlayn olaraq sifariş verdikləri məhsulları mağazanın içərisinə daxil olmadan əldə edə bilərlər. Texniki dəstək də müvəqqəti olaraq müştərilərə xidmət göstərməyəcək.

“Apple”, həmçinin Vaşinqton və Los-Ancelesdəki mağazaları da bağlayır. Texas, Ohayo, Florida və Corciya ştatlarının bir neçə şəhərində də “Apple” mağazaları işləməyəcək.

Şirkətin işindəki məhdudiyyətlər yalnız ABŞ deyil, Avropada, xüsusilə də Londondakı mağazaya da təsir edəcək. 

Qeyd edək ki, “Apple” dekabrın 23-ü Kanada və ABŞ-da 8 mağazanın işini müvəqqəti olaraq dayandırdığını elan edib. ABŞ-da mütəmadi olaraq koronavirusa  yüz minlərlə yoluxma halı qeydə alınır. Dekabrın 27-si ölkədə təqribən 229 min yeni yoluxma aşkar olunub. Yoluxma hallarının artması “Omicron” ştamının yayılması ilə əlaqələndirilir.