“Apple” bu ideyasından daşındı

apple-bu-ideyasindan-dasindi
Oxunma sayı: 1512

ABŞ-nin "Apple" şirkəti öz elektrik avtomobilini yaratmaq ideyasından imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, artıq bu istiqamətdə bütün işlər ixtisar edilib. Buna səbəb şirkətin diqqəti süni intellekt texnologiyalarının inkişafına yönəltməsidir.

Məlumata görə, şirkətin bir çox işçisi generativ süni intellektin inkişafı bölməsinə köçürüləcək.