“Apple” elektromobil istehsal edəcək

apple-elektromobil-istehsal-edecek
Oxunma sayı: 1140


“Qafqazinfo” AzərTAc-a istinadla xəbər verir ki, Apple şirkətinin yüksək məxfilik rejimində hazırladığı elektromobil quruluşuna görə minivenə oxşayacaq. Təxminən bir il bundan əvvəl şirkətin baş direktoru Tim Kuk tərəfindən təsdiqlənmiş layihə “Titan” adı alıb. Apple kompaniyasının “avtomobil” bölməsinə məhsulun dizayn üzrə vitse-prezidenti Stiv Zadeski rəhbərlik edir. Onun əvvəllər Ford korporasiyasında işlədiyi bildirilir.

The Wall Street Journal qəzetinin məlumatına əsasən Apple şirkətində elektromobilin yaradılmasına minə qədər mütəxəssis cəlb olunub.