“Apple” “heyranlıq doğuran şirkət” olub

apple-heyranliq-doguran-sirket-olub
Oxunma sayı: 647

“Qafqazinfo”nun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, reytinq tərtibatçılarının fikrincə, ötən il Apple üçün çox uğurlu olub. Korporasiya yaradıcılarından biri Stiv Cobsun vəfatından sonra şirkətin gələcəyi səhmdarlar tərəfindən şübhə altına alınıb, lakin indi açıq-aydın görünür ki, Tim Kukun rəhbərliyi ilə Apple çiçəklənməkdə davam edir.

İkinci yerdə bir il əvvəl olduğu kimi, Google korporasiyası qərarlaşıb. Liderlər üçlüyünü il ərzində mövqeyini dörd pillə yaxşılaşdıran Amazon şirkəti tamamlayır.
Qeyd edək ki, reytinqin ilk üçlüyünü informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər təşkil edir.

Reytinqdə daha sonra Coca-Cola və IBM şirkətləri yer alıb.
Microsoft korporasiyası bu il 17-ci (bir il əvvəl 9-cu yer), Samsung 34-cü (38), Intel 36-cı (32) yerdədir.

Nigar Məmmədli