Apple ilin ilk smartfonunu təqdim etdi

apple-ilin-ilk-smartfonunu-teqdim-etdi
Oxunma sayı: 3733

Apple 2020-ci ildə ilk smartfonunu –iPhone SE modelini təqdim edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, aparat iPhone 8-in dizaynına malikdir: 4,7 dyümlük Retina ekran, Touch İD sensor düymə və ekranın horizontal çərçivəsi.

Smartfonun 12 meqapiksel kamerası var. Telefonun yaddaş gücü 64 Gbaytdır. Ağ, qara, qırmızı rəngləri istehsal olunub. Cihaz iOS 13-lə təchiz edilib və çıxarılmayan batareyaya malikdir. Telefon toza və suya davamlıdır. 

Smartfon aprelin 24-dən satışa təqdim olunacaq.