Son illərdə dünyada mobil ödəmələr geniş populyarlıq qazanıb. İldən-ilə bu rahat və sürətli üsullardan istifadə edənlərin sayı həndəsi silsilə ilə artır. Sözsüz ki, bazarın əsas oyunçuları Apple Pay və Google Pay sistemləridir. Bəs Apple Pay və Google Pay olmasaydı, biz onları nə ilə əvəz edə bilərdik?
Cavabı tapmaq üçün uzağa getməyə ehtiyac yoxdur – Rusiya nümunəsini nəzərdən keçirmək kifayətdir.
Apple Pay və Google Pay sistemləri Rusiyada fəaliyyətini dayandırdıqdan sonra əhali arasında alternativ ödəniş üsullarına tələbat olduqca böyük sürətlə artdı. Bunlara NFC və QR-kod texnologiyaları əsasında işləyən ödəniş üsullarını misal çəkmək olar.
NFC stikerləri Visa və Mastercard sistemlərinin ölkəni tərk etməsi ilə gündəmə gəldi. Mobil cihazlarla ödənişlərdə çətinliklər yarandığı üçün bir sıra Rusiya bankları müştərilərinə bu üsulu təklif etdi. NFC stikerlərinin əsas üstünlüyü ondadır ki, onları yalnız mobil telefonların deyil, digər əşyaların da üzərinə yapışdırmaqla istifadə etmək mümkündür.
.jpg)
QR-kod ilə ödənişlər Rusiyada hələ 2019-cu ildən Sürətli Ödənişlər Sistemi (SBP) çərçivəsində istifadəyə verilsə də, yalnız xarici servislərin ölkədən gedişi ilə ikinci şans qazandı. Azərbaycanda bu üsul bizə PashaPay şirkətinin m10 tətbiqindən tanışdır və işləmə prinsipi eynidir: sistem ödəniş üçün unikal QR-kod yaradır, istifadəçi isə tətbiq vasitəsilə QR-kodu skan edərək ödənişi tamamlayır. Hazırda m10 yüzlərlə supermarket, mağaza, kafe və restoranlarda ödəniş üsulu kimi mövcuddur.
.jpg)
Bunlarla yanaşı Yandex.Money, SberPay və Mir Pay kimi üstünlükləri olan elektro pulqabıları da sadalamaq olar.
Rusiya nümunəsi Apple Pay və Google Pay kimi nəhəng xarici ödəniş sistemləri ilə yanaşı, yerli alternativlərin də inkişaf etdirilməsinin, onların istənilən vəziyyətdə boşluqları operativ şəkildə doldura bilməsinin önəmini bir daha göstərdi.
Son xəbərlər
Son Xəbərlər