“Apple” şirkəti 2025-ci ildə sensorlu ekrana malik ilk notbuklarını buraxacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.
Agentliyin analitiki Mark Qurmanın sözlərinə görə, şirkət artıq sözügedən layihə üzərində işləyir.
O bildirib ki, yeni notbuklar quruluş baxımından hazırda satışda olan “MacBook Pro”lardan bir o qədər də fərqlənməyəcək.
Bununla belə, qeyd olunur ki, şirkət sensorlu ekrana malik ilk notbuklarını təqdim etməzdən əvvəl əməliyyat sistemini yeni cihaza uyğunlaşdırmalı olacaq.
Son xəbərlər
Son Xəbərlər