“Apple” üçün istintaq başladı

apple-ucun-istintaq-basladi
Oxunma sayı: 1359

Fransada Paris Prokurorluğu köhnə model telefonları bir proqram vasitəsilə “bilərəkdən zəiflətdiyi iddiaları”qarşısında texnologiya nəhəngi “Apple” barəsində istintaq başladıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Paris Prokurorluğunun açıqlamasında köhnə “iPhone” marka smartfonlarını “Apple” şirkətinin bilərəkdən zəiflətdiyilə bağlı iddialardan sonra bir istehlakçı dərnəyinin şikayət etdiyi bildirilib.

Açıqlamada vurğulanıb ki, 2017-ci ilin dekabr ayının 27-də edilən müraciət tədqiq edilib. Nəticədə ABŞ-ın texnologiya nəhəngi “Apple” barəsində hiyləgərlik də daxil olmaqla bir sıra iddia barəsində istintaq başladılıb.

Xatırladaq ki, “Apple” şirkəti günahını etiraf etmiş və batareya dəyişdirmə xərcinin endirildiyini açıqlamışdı.