Aprel döyüşlərinin qəhrəmanı Murad Mirzəyev... - Video

aprel-doyuslerinin-qehremani-murad-mirzeyev
Oxunma sayı: 5426

Xəbər verdiyimiz kimi, bu gün Milli Qəhrəman, şəhid polkovnik- leytenant Murad Mirzəyevin doğum günüdür.

Aprel döyüşlərinin qəhrəmanı 1976-ci ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Milli Qəhrəmanımız Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə daxil olub və 1998-ci ildə oranı birinciliklə bitirib. Türkiyə Prezidenti Süleyman Dəmirəl ona qılınc hədiyyə edib.

O, 2016-cı il Aprel döyüşləri zamanı ələ keçirdiyi yüksəkliyi sonuna kimi müdafiə edərək qəhrəmancasına şəhid olub.

Şəhid polkovnik-leytenant 5 dil bilirdi. 

M. Mirzəyevdən iki yadigar- Nurlan və Dəniz adlı övladları qalıb.

“Qafqazinfo” bu məqamda “Belə-belə işlər” platformasının Murad Mirzəyevlə bağlı hazırladığı videoçarxı təqdim edir: