Aprel şəhidi Raquf Orucovun atası vəfat etdi

aprel-sehidi-raquf-orucovun-atasi-vefat-etdi
Oxunma sayı: 3237

Qarabağ müharibəsi qazisi, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun atası İbrahim Orucov vəfat edib.

"Qafqazinfo"nun "Report"a istinadən xəbərinə görə, İ.Orucov bu gün Sumqayıt şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İ.Orucov bir neçə il bundan əvvəl insult keçirmişdi.

Allah rəhmət eləsin!