Aprel şəhidi yad edildi - Fotolar

aprel-sehidi-yad-edildi
Oxunma sayı: 779

Gəncədə şəhid İnqilab Quliyevin il mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimə "Şəhidlər Xiyabanı"ndan başlanılıb. Öncə şəhid kapitanın məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Daha sonra anım tədbiri Gəncə şəhər "İmamzadə" Dini Kompleksinin mərasim zalında davam etdirilib. 

Anım mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbədən danışıb. 

Bildirib ki, dörd günlük döyüşdə düşmən ordumuzun hərbi qüdrəti qarşısında vahiməyə düşərək geri çəkilib. Elmar Vəliyev Gəncədən olan şəhid İnqilab Çingiz oğlu Quliyevin də bu qələbədə öz payı olduğunu vurğulayıb. 

İcra başçısı şəhidin qısa, lakin şərəfli ömür yoluna nəzər salaraq, bildirib ki, Azərbaycan-Ermənistan təmas xəttində baş verən 4 günlük müharibə zamanı vətənə olan sədaqət və sevgisini öz canından üstün tutan və bu yolda şəhid olan zabitlərimizdən biri Quliyev İnqilab Çingiz oğluna təltif edildiyi "İgidliyə görə" medalı Gəncədə yaşayan ailəsinə təqdim olunub.