Aprelin 28-də keçirilən imtahan nəticələri də açıqlandı

aprelin-28-de-kecirilen-imtahan-neticeleri-de-aciqlandi
Oxunma sayı: 2846

Əvvəlki illərin məzunları üçün 2019-cu il aprelin 28-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.

"Qafqazinfo" DİM-ə istinadən xəbər verir ki, abituriyentlər iş nömrələrini 7727-ə göndərməklə nəticələrlə tanış ola bilərlər. Nəticələr yaxın vaxtlarda DİM-in saytında yerləşdiriləcək.