Aprelin ilk günü havamız xoş olacaq

aprelin-ilk-gunu-havamiz-xos-olacaq
Oxunma sayı: 640

“Qafqazinfo”nun Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, havanın temperaturunun gecə 5-8 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 5-10 dərəcə şaxta olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Aprelin 01-də və 02-də mülayim cənub küləyinin güclənəcəyi gözlənilir.