Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsindən “Qafqazinfo”ya verilən məlumata görə, Rüfət Məmmədov hələ həbs edilməyib: “Onun saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri hələ davam etdirilir”.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Rüfət Məmmədov aptekdə oğurluq etmək istədiyi zaman onu görən əczaçını baltalayıb. Əczaçı ağır yaralanıb və Rüfət Məmmədov kassadan 300 manat oğurlayaraq aradan çıxıb.
O, Bakının bir neçə məşhur klinikasında çalışıb. Son bir neçə aydır ki, narkotik aludəçisidir və cinayəti də məhz bu səbəbdən törətdiyi bildirilir. R. Məmmədov bir neçə il əvvəl məşhur "Maşın şou" proqramında fəaliyyət göstərən həkim komandasının üzvü olub.
Son xəbərlər
Son Xəbərlər