“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gündüz saatlarında Ceyhun Hacıbəyli küçəsində yerləşən aptekə bir nəfər bıçaqla hücum edərək işçilərə hədə-qorxu gəlib. O quldurluq yolu ilə aptekin kassasını və içində olan 280 manatı götürərək hadisə yerindən uzaqlaşıb.
Nərimnaov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zamanı aptekdə olan Zəkəriyyə İsmayılovaya və Almaz Əmirovaya qarşı quldurluq edən 1986-ci il təvəllüdlü Röyal Məmmədov müəyyən edilərək saxlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər