Apteklərdə həkim reseptlərinə nəzarət olunacaq -

apteklerde-hekim-reseptlerine-nezaret-olunacaq-
Oxunma sayı: 762


“Qafqazinfo”nun məlumatına görə, iclasda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı”nın təsdiq olunduğunu qeyd edib.

Tədbirlər Planına uyğun olaraq, Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin olunması, standart formaya uyğun gəlməyən reseptlər üzrə dərmanların satışının qadağan edilməsi tapşırılıb. Planda, həmçinin tibb müəssisələrinin dərman təchizatı məsələləri yer alıb və bu sahədə görüləcək işlər əksini tapıb. Sənəd tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində nəzarətin gücləndirilməsinə xidmət edəcək.

Bildirilib ki, Tədbirlər Planına əsasən, dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində müraciətlərin qəbulu üçün elektron səhiyyə, “Qaynar xətt”, əhalidən daxil olan məktublar və digər vasitələrlə gələn müraciətlər dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

“Qafqazinfo”