Apteklərdə yod qıtlığının səbəbi açıqlandı

apteklerde-yod-qitliginin-sebebi-aciqlandi
Oxunma sayı: 4779

Ötən gün apteklərdə yodun tapılmaması ilə bağlı məqalə dərc etmişdik. Vətəndaşlar bir aya yaxındır ki, bu dərmanı əldə etməkdə çətinlik çəkdiklərini bildirirdilər.

“Qafqazinfo” xəbər verir ki,  Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinin niyə yoxa çıxmasına aydınlıq gətirib.

Mərkəzin İdxal-İxrac şöbəsindən bildirilib ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib: “O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Hazırda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq.

Qeyd edək ki, AEM-də olan məlumata görə, əsasən Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaciliq Muessesi) istehsal edilən yod məhlulu Azərbaycan Respublikasında qeydiyyatdan keçib. Xatırladaq ki, nə Səhiyyə Nazirliyi və onun qurumları, həmçinin Analitik Ekspertiza Mərkəzi dərman təminatı ilə məşğul deyil. Bu fəaliyyət özəl şirkətlər tərəfindən həyata keçirilir”.