“Mahnının musiqisi və sözləri Tural Bayraməliyevə aiddir. Rejissor Aqil M.Quliyevdir, operatorumuz Pilonskiy Moskvadan gəlib. Klipin prodüseri Toma Hüseynəliyevadır, fotoqraflarımız Fərhad, Tamerlan. Nicat və Fuad çox əziyyət çəkdilər. Klip çəkilişi 17 saat çəkdi. Xüsusi texnika gətirilmişdi, hətta “Avatar” filmində istifadə olunan kamera ilə çəkilib. Çəkilişin bir hissəsi hava limanında oldu. Aqil məni ağlatdı, çox maraqlı klip alınıb, bu yaxınlarda sevənlərimə təqdim edəcəm. İnanıram ki,bəyəniləcək”.
Könül
Son xəbərlər
Son Xəbərlər