Aqolli oynadı, komandası uduzdu - Video

aqolli-oynadi-komandasi-uduzdu
Oxunma sayı: 800

Bu gün dünyanın yaşıl meydanlarında bir neçə yoldaşlıq matçı baş tutub.

Qafqazinfo” xəbər verir ki, Avropa çempionatının final mərhələsinə hazırlaşan Albaniya və Ukrayna milliləri üz-üzə gəlib. Matç Ukrayna millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli 90 dəqiqə meydanda olub.

Albaniya 1 - 3 Ukrayna

QOLLAR: Sadiku, 12 - Stepanenko, 8, Andrey Yarmolenko, 49, Yevqeni Konoplyanka, 87