Aqrar mövzuda konfrans keçirildi

aqrar-movzuda-konfrans-kecirildi
Oxunma sayı: 745

Bu gün Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Təbiətin mühafizə olunmasında, aqrar sahənin inkişafında akademik Həsən Əliyev gənc alimlərə örnəkdir” mövzusunda  konfrans keçirilib. 

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev konfransda çıxış edərək Həsən Əliyevin keçdiyi ömür yolu haqda danışıb. 

Çıxışlarda bildirilib ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə 2015-2016-cı illər ərzində Aqrar sahəyə marağın artırılması ilə əlaqədar  Astara, Qazax, Göyçay, Biləsuvar, Quba, Yasamal və Sabunçu rayonlarında  42 tam orta məktəbdə ümumilikdə 7000-ə yaxın şagirdlə müxtəlif mövzularında görüşlər keçirilib. Keçirilən görüşlər zamanı şagirdlərə nəzərdə tutulan mövzularla və son zamanlar aqrar sahənin inkişafı ilə bağlı ətraflı məlumat verilib, Azərbaycan Dövlət Aqrar Universitetinin və elmi-tədqiqat institutlarına aid olan video çarxlar nümayiş olunub, qeyd olunan mövzular üzrə 300-ə qədər inşa yazı və şagirdlər tərəfindən aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı təkliflər Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə təqdim olunub. 

Tədbirdə çıxış edən digər natiqlər, o cümlədən orta məktəb şagirdləri aqrar sahəyə marağın artırılması baxımından orta məktəblərdə keçirilən görüşlərin əhəmiyyətini vurğulamış, belə tədbirlərin davamlı olaraq keçirilməsini məqsədəuyğun olduğunu bildiriblər.