“Aqrar sığorta haqqında” qanuna dəyişiklik edildi

aqrar-sigorta-haqqinda-qanuna-deyisiklik-edildi
Oxunma sayı: 1185

“Aqrar sığorta haqqında” qanun layihəsinə ikinci oxunuşda bir sıra dəyişikliklər edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, qanun layihəsinin birinci oxunuşu zamanı deputatlar tərəfindən bir sıra təkliflər irəli sürülüb. Həmin təkliflər də ikinci oxunuşda nəzərə alınıb. Bununla da, aqrar sığorta sistemi anlayışı daha da təkmilləşdirilib. Bunun könüllü sığorta kimi həyata keçiriləcəyi layihədə əks olunub. 

Eyni zamanda, aqrar sığortalanın sığorta hadisəsinin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətləri aqrar sığortanın riski ola bilməz. 

Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta ödənişi haqqında qərar isə sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir. 

Həmçinin idaredici qurumun fəaliyyətinin təmin edilməsi üçün aqrar sığorta orqanı tərəfindən ödənilən vəsait həmin dövr üzrə ödənilən sığorta haqlarının 15 faizindən çox olmamalıdır. 

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

 Günel Türksoy