“Aqressiv adamdır” - “Neftçi”nin kapitanı

aqressiv-adamdir
Oxunma sayı: 2068

Ölkəmizi Avropa Liqasında təmsil edən "Neftçi" II təsnifat mərhələsinin cavab matçında Rusiyanın "Arsenal" klubunu 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

"Qafqazinfo"ya açıqlama verən bakılıların kapitanı Emin Mahmudov qələbəni şərh edib.

“Əsas məqsədimiz “Arsenal”ı öz oyununu oynamağa qoymamaq idi. Əks-hücumlarda yaxalayıb qol vurmaq istəyirdik. Məşqlərdə pressinq üzərində işləyirdik. Alındı və mərhələ adladıq”. 

“Ağ-qaralar”ın kapitanı rəqib futbolçu Gia Qriqalavanın “Neftçi”nin futbolçuları ilə gərgin anlar yaşamasına da münasibət bildirib: “Onunla bir komandada oynamışam. Aqressiv adamdır. Amma matçın sonunda danışdıq, hər şey qaydasındadır”. 

“Heç vaxt Azərbaycan komandaları İsrail klubları üzərində qələbə qazanmayıb” sualına isə Mahmudov belə cavab verib: “Biz heç zaman Rusiya klubularını da məğlub etməmişdik”.

Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" komandası ilə qarşılaşacaq.