Tovuz rayonunda fəaliyyət göstərən “Aqrokimya” Məhdud Məsuliyyətli Cəmiyyəti koronavirusla mübarizəyə ianə edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Aqrokimya” MMC Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı əsasında yaradılmış Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat köçürüb.
“Aqrokimya” MMC koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir. Şirkət pandemiya ilə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsinə və vətəndaşları dövlətin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.
Son xəbərlər
Son Xəbərlər