Prezident İlham Əliyev Aqşin Mehdiyevin səfir vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama görə, Aqşin Şəfaət oğlu Mehdiyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda Azərbaycan Respublikasının Kuba Respublikasında, Yamaykada, Nikaraqua Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Prezidentin digər sərəncamı ilə Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.