Aqşin Yeniseyin vəziyyəti yaxşılaşır

aqsin-yeniseyin-veziyyeti-yaxsilasir
Oxunma sayı: 1175


“Qafqazinfo” xəbər verir ki, Bakıdakı Mərkəzi Gömrük Hospitalında qaraciyər sirrozu və sarılıq xəstəliyindən müalicə olunan şair Aqşin Yenisey bu gün “Media forum” saytına danışıb. O deyib ki, səhhəti getdikcə yaxşılaşır: “Həkimlər sürətli irəliləyişin olduğunu deyir. Analizlərin nəticələri gözləniləndən də yaxşı çıxır.

Həkimlər müalicənin nəticəsindən razıdır. Amma müalicə yenə də davam etdirilir. Həftədə iki dəfə laboratoriya göstəricilərinə baxılır. Göstəricilərdə xeyli müsbət dəyişiklik var.

Hələ ki, həkimlər məni evə buraxmağın tərəfdarı deyil. Çünki ciddi həkim nəzarətində olmalıyam. Müalicənin ikinci mərhələsi də olacaq”.

36 yaşlı Aqşin Yenisey bir neçə şeir kitabının, həmçinin “Göləqarğısancan” romanının və çoxsaylı məqalələrin müəllifidir.