AQTA-nın sektor müdiri vəfat etdi - Foto

aqta-nin-sektor-mudiri-vefat-etdi
Oxunma sayı: 5583

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı şöbəsinin əməkdaşı Könül Alıyeva vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, 1977-ci il təvəllüdlü K. Alıyeva 2020-ci ildən Bitki Sağlamlığı şöbəsinin Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri vəzifəsini icra edib.

O, uzunsürən xəstəlik səbəbindən vəfat edib.