Bu mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq Serxio Aquero "Barselona" ilə müqavilə imzalayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano özünün Tvitter səhifəsində yazıb. O, 32 yaşlı hücumçunun 2 illik müqaviləyə qol çəkdiyini bildirib.
Kataloniya təmsilçisinin transferi yaxın günlərdə açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Aquero bu mövsüm Premyer Liqada 11 matçda meydana çıxıb, 2 qol vurub, 1 qolun ötürməsini verib.
Son xəbərlər
Son Xəbərlər