Ara Ayvazyan seçki günü iti ilə gəzir - Foto

Ara Ayvazyan seçki günü iti ilə gəzir
Oxunma sayı: 3322

Xəbər verdiyimiz kimi, Ermənistanda parlament seçkiləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, gərgin keçən seçki mühiti fonunda keçmiş xarici işlər naziri Ara Ayvazyan iti ilə gəzintiyə çıxıb.

Onun gəzinti fotosunu isə “Sputnik Ermənistan” yayımlayıb.

Onun arxayın gəzintisi təəccüb doğurub.

Qeyd edək ki, A.Ayvazyan mayın 27-də vəzifəsindən istefa vermişdi.