“Araik Arutyunyan qısa müddətdə tutularaq istintaqa təqdim ediləcək” - Baş Prokurorluq

araik-arutyunyan-qisa-muddetde-tutularaq-istintaqa-teqdim-edilecek
Oxunma sayı: 7018

“Qısa müddət ərzində Araik Arutyunyanın tutularaq istintaqa təqdim edilməsi və məhkəməyə çıxarılması təmin ediləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, 2020-ci il Gəncədə əhalinin sıx məskunlaşdığı əraziyə edilmiş terror hücumlarına görə məsuliyyəti Arutyunyan öz üzərinə götürüb:

“Gəncəyə olan hücum nəticəsində 26 şəxs qətlə yetirilmişdi. Araik Arutyunyan öz tvitter hesabında bu hücumu təşkil etdiyini bəyan etmişdi. Bu sübutlar əsasında Arutyunyanın təqsirləndirilən şəxs kimi Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 120 (qəsdən adam öldürmə) və digər maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə qərar verildi. İnanıram ki, onun hazırda sərbəst hərəkət etməsi müvəqqəti xarakter daşıyır.

Belə ki, Azərbaycan və Ermənistan terrorçuluğa qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyanı ratifikasiya ediblər. İstənilən hüquq dövləti terrorçuluğa görə axtarışa verilmiş şəxsin tutulmasına və konvensiyanın tələblərinə riayət etməyə borcludur. Qısa müddət ərzində Araik Arutyunyanın istintaqa təqdim edilməsi və məhkəməyə çıxarılması təmin ediləcək”.

Xəbəri rus dilində oxuyun: Как произошло убийство, в котором был задержан гази?

Массовая драка школьников в Баку - Видео

Помощника Рамиза Мехтиева задержал “Бандотдел” - Официально