Aralıq dənizində faciə, 100-dən çox adam öldü

araliq-denizinde-facie-100-den-cox-adam-oldu
Oxunma sayı: 2306

Aralıq dənizində qanunsuz miqrantları daşıyan qayıq batıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Tvitter səhifəsində yazılıb. Bildirilib ki, qayığın batması nəticəsində 100-dən çox adam ölüb.

Təşkilat Aralıq dənizi axtarış və xilasetmə gəmilərini səfərbər olmağa çağırıb.