Aram Qabrelyanovdan Koçaryanla bağlı açıqlama

aram-qabrelyanovdan-kocaryanla-bagli-aciqlama
Oxunma sayı: 8584

Erməni əsilli tanınmış rusiyalı jurnalist, Paşinyan hökumətinin tənqidçisi Aram Qabrelyanov Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində “Ermənistan” blokunun lideri Robert Koçaryanın qalib gəldiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, teleqram kanalında bildirib. Qabrelyanov “exit-poll”un Rusiya xidmətinin nəticələrinə istinad edib.

“Ermənistan bloku – 41%, Vətəndaş müqaviləsi-21%, Çiçəklənən Ermənistan-10%, Şərəf duyuram-7%”, - Aram Qabrelyanov yazıb.