"Gürcüstan və Azərbaycan arasında ideal münasibətlər mövcuddur. Bu gün Prezident İlham Əliyevlə görüşümüz bunu bir daha sübut etdi".
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.
Gürcüstan Prezidenti bildirib ki, ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək: "Biz Böyük İpəl Yolunda maraqlı olan ölkələrdən biriyik. Və ideal qonşuluq nümunəsi kimi gələcəkdə də əməkdaşlığımızı inkişaf etdirəcəyik".
Qeyd edək ki, G.Marqvelaşvili "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunda iştirak edir.
Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və xeyli sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.
Son xəbərlər
Son Xəbərlər