Ararat Mirzoyan 280 min dollara malikanə alıb - Video

ararat-mirzoyan-280-min-dollara-malikane-alib
Oxunma sayı: 4494

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özünə 280 000 dollara malikanə alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Civilnet.am” yayıb. 

Məlumata görə, Ararat Mirzoyan və həyat yoldaşı Qoar Abacyan malikanəni ötən ilin dekabrında Kotayk vilayətinin Kasax kəndində əldə edib. 

XİN rəhbərinin sözügedən məbləğə malikanə alması Ermənistanda ictimaiyyət arasında birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Onun vəzifədə olduğu illərdə öz sərvətini artırdığı iddia olunur. 

Qeyd edək ki, Ararat Mirzoyan 2018-ci ildə Baş nazirin birinci müavini təyin edilib. 2019-2021-ci illərdə isə Ermənistan parlamentinin sədri vəzifəsində olub və 2021-ci ilin avqustunda XİN rəhbəri vəzifəsinə gətirilib.

Həmçinin oxuyun: Повстанцев арестовывают, подвергают пыткам - Фильм AzTV о французской колонизации