Araşdırma necə aparılmalı?

arasdirma-nece-aparilmali
Oxunma sayı: 990


“Qafqazinfo” xəbər verir ki, yay məktəbində Azərbaycan ali məktəblərinin və elmi tədqiqat institutlarının magistr, dissertant və doktorantları, eləcə də araşdırma aparan müəllimlər iştirak ediblər. Təşkil olunan seminarlarda Xaləddin İbrahimli (ATMU), Kamran Behbudov (ADA), Aqil Vəliyev (AMEA İnsan hüquqları İnstitutut), Qahirə Məmmədova (ATMU) və Ləman Soltanovadan (Beynəlxalq Miqrasiya Mərkəzi-CİM)  ibarət  mütəxəssislər interaktiv formada 7 mövzuda təlim keçib və diskussiyalar aparıblar. Mövzuların əksəriyyəti sosial elmlərdə araşdırma metodlarına, elmi araşdırmanın texnika və strategiyasına, akademik yazı dizaynına həsr olunub. 

Seminarlarda müzakirə olunan mövzular toplu halında dərc olunacaq və Azərbaycan ali məktəblərində, tədqiqat müəssisələrində araşdırma aparan araşdırmaçıların, müəllimlərin istifadəsinə veriləcək. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.