Moskvanın Basman məhkəməsi senator Rauf Araşukovun müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılması qərarını qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə parlamentin ali palatasındakı mənbə bildirib. Məhkəmə qətnaməsi Federasiya Şurasına təqdim edilib.
Xatırladaq ki, Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov yanvarın 30-da məhkəmə zalında həbs olunub. Ona qarşı cinayətkar qruplaşmada iştirak, şahidə təzyiq göstərmə və qətl maddələri üzrə ittiham irəli sürülüb.
Son xəbərlər
Son Xəbərlər