Araya girmək istəyən şəxsi də bıçaqladı

araya-girmek-isteyen-sexsi-de-bicaqladi
Oxunma sayı: 986

Samux rayonunda əkin sahəsində iki nəfəri bıçaqlayıb qaçan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə fevralın 28-də rayonun Lək kəndi ərazisində əkin sahəsində baş verib.

Rayonun Qarabağlar kənd sakini, 1969-cu il təvəllüdlü Asəf Muradovla Lək kənd sakini, 1975-ci il təvəllüdlü Eldəniz Həsənov arasında mübahisə yaranıb. A.Muradov bıçaqla E.Həsənovun qarnından bir zərbə vurub. A.Muradov, həmçinin, onları ayırmaq istəyən digər Lək kənd sakini, 1984-cü il təvəllüdlü Elçin Məmmədovu da bıçaqlayıb.

Daha sonra hadisə yerindən qaçan Asəf Muradov rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət aləti olan bıçaqla birlikdə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.