Kiprin “Anortosis” klubu “Qəbələ”dən icarəyə götürdüyü Araz Abdullayevi mövsümün sonunda geri qaytara bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. “Qəbələ”nin 26 yaşlı yarımmüdafiəçi üçün tələb etdiyi 150 min avro təzminat məbləğini çox hesab edən Famaqusta təmsilçisi Arazla yolları ayırmaq qərarına gəlib:
"Əminliklə deyə bilərik ki, azərbaycanlı futbolçu yeni mövsümdən "Anortosis"də olmayacaq".
Qeyd edək ki, Araz mövsümün əvvəlindən icarə əsasında Kipr klubunda çıxış edir.
Son xəbərlər
Son Xəbərlər