Kiprin “Anortosis” klubu Azərbaycan millisinin üzvü Araz Abdullayevlə yolları ayırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kipr mətbuatı yayıb.
Bildirilir ki, cari mövsümün bürünc medallarını qazanan Famaqusta təmsilçisi bir neçə oyunçunu göndərib. Bunların içində Araz da var.
“Qəbələ”dən icarəyə götürülən futbolçuya yeni müqavilə təklif etməyib.
Son xəbərlər
Son Xəbərlər