Araz Abdullayev Türkiyə klubunda

araz-abdullayev-turkiye-klubunda
Oxunma sayı: 4315

Azərbaycan millisinin futbolçusu Araz Abdullayevin yeni klubu bəlli olub.

"Qafqazinfo" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.

"Ajansspor"un yaydığı məlumata görə, o, PTT 1-ci Liqada çıxış edən "Boluspor"la anlaşıb.

Tərələr arasına 1+1 illik sözləşmə nəzərdə tutulub.

Qeyd edək ki, A.Abdullayevin son klubu "Qarabağ" olub.