Araz Ağalarov 183 milyonluq hərracı uddu

Araz Ağalarov 183 milyonluq hərracı uddu
Oxunma sayı: 9356

Moskvaətrafı “Lotoşinsk” balıq fabriki yaxınlığındakı əmlakın satılması ilə bağlı hərracı “Lotofiş” şirkəti qazanıb.

“Qafqazinfo”nun “Vedomosti” nəşrinə istinadən verdiyi xəbərə görə, şirkətin 90 faizi azərbaycanlı milyarder Araz Ağalarovun sahibi olduğu “Krokus” Səhmdar Cəmiyyətinə məxsusdur.

Qeyd olunur ki, hələ SSRİ-nin vaxtında qurulan müəssisə 2010-cu ildə müflis elan edilib. Kreditorlardan biri olan “Vozrojdenie” bankı 2015-ci ildə zavodun əmlakını törəmə şirkətlər vasitəsilə satın alıb və indi də satmaq qərarına gəlib.

Ağalarovun şirkəti yeganə iddiaçı olub və zavod üçün ilkin qiymət olaraq irəli sürülən 183 milyon rubldan 120 milyon rublu təklif edib.

“Crocus Group”un nümayəndəsi əldə edilmiş aktivi necə dəyərləndirəcəklərini şərh etməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi