“Araz” ÇL-də mübarizəni dayandırdı

araz-cl-de-mubarizeni-dayandirdi
Oxunma sayı: 939

UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Araz” bu gün əsas mərhələdə son oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, Belçikanın “De Bres Arena”sında Ukraynanın “Xerson” klubu ilə qarşılaşma rəqibin 8:3 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın heyətində İsa Atayev və Xətai Bağırov fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb.
 
Komandamız qrupda keçirdiyi ilk iki matçda “Halle Gooik”ə (Belçika) 1:5, “Benfika”ya (Portuqaliya) isə 0:7 hesabı ilə məğlub olmuşdu. Azərbaycan çempionu son görüşdə də uduzub və ÇL-lə vidalaşıb.