Araz Əzimov ATƏT-in İrəvan ofisinin bağlanmasından danışdı

araz-ezimov-atet-in-irevan-ofisinin-baglanmasindan-danisdi
Oxunma sayı: 709

Xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in İrəvan ofisinin bağlanılması qərarından danışıb. 

“Qafqazinfo” xəbər verir ki, A. Əzimov jurnalistlərə açıqlamasında bildirib ki, ATƏT-in sədri yaranmış vəziyyətlə bağlı qərar qəbul edib: “Bu qərar ondan irəli gəlir ki, Ermənistan rəhbərliyi ona edilən təkliflərə razılıq verməyib. Təkliflər isə Azərbaycanın legitim narahatlıqlarına əsaslanır. Çünki biz ATƏT tərəfindən müəyyən zəmanətlər tələb etmişdik. Tələblərdən biri ondan ibarət idi ki, ATƏT-in İrəvan ofisi Ermənistan ərazisi daxilində fəaliyyət göstərsin. Azərbaycanın işğal altındakı ərazilərinə sirayət etməsin. 

Digər tələb isə o idi ki, Azərbaycanla Ermənistan arasındakı münaqişəli məsələlər, onun həlli istiqamətindəki görülən fəaliyyətlər, onun siyasi, hərbi aspektlərinə toxunulmasın. ATƏT qarşısında bu iki məsələ qaldırıldı. Avstriya səfirliyi müəyyən dəyişikliklər və təkliflər etmişdi. Digər ATƏT üzvü olan ölkələr də narazılıqları qebul edərək ofisin fəaliyyətini davam etdirə bilməyəcəyinə dair qərar qəbul ediblər. Hazırda bu istiqamətdə işlər görülür”. 

Səidə