Araz Əzimovdan İrana dəstək

araz-ezimovdan-irana-destek
Oxunma sayı: 1116

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov 18 may 2016-cı il tarixində İsrailə səfər edib.

XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, səfər zamanı o, İsrailin xarici işlər nazirliyi, parlamenti və digər dövlət orqanlarının rəsmiləri ilə görüşlər keçirib. Keçirilən görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər, o cümlədən, nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılb.

Bütün dövlətlərin, o cümlədən, İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə hüququnun olduğu bir daha təsdiq edilib. Həmçinin, Ermənistanın Azərbaycana və bölgəyə qarşı törətdiyi təhlükələr haqqında qarşı tərəfə dolğun məlumat verilib.