“Araz” ikinci matçında da darmadağın oldu

araz-ikinci-matcinda-da-darmadagin-oldu
Oxunma sayı: 837

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi davam edir. 

"Qafqazinfo" xəbər verir ki, təmsilçimiz “Araz” bu gün ikinci oyununa çıxıb.

Joze Alesionun komandası Portuqaliya çempionu “Benfika” ilə qarşılaşıb. Görüş rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dünən Belçika klubu “Halle Gooik”lə qarşılaşan "Araz" 1:5 uduzub.