Araz Musayev Ərdoğan qalib gəldiyi üçün 200 qurban kəsdi - Video

araz-musayev-erdogan-qalib-geldiyi-ucun-200-qurban-kesdi
Oxunma sayı: 7485

Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının Prezidenti Araz Musayev Türkiyənin paytaxtı Ankarada 200 qurban kəsərək kimsəsiz və yoxsullara paylayıb.

“Qafqazinfo” xəbər verir ki, A. Musayev qurbanları Prezident İlham Əliyev və Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın qardaşlığına, Türkiyədəki seçkilərə görə kəsdiyini bildirib.

O, türk birliyinin gələcəyinə görə dua edib.

Araz Musayev AK Parti nümayəndələri ilə görüşərək türk xalqını təbrik edib.