Araz Musayev Haluk Bayraktarla Qənimətlər Parkını gəzdi

araz-musayev-haluk-bayraktarla-qenimetler-parkini-gezdi
Oxunma sayı: 4542

Doqquzqat dünya, üçqat Avropa çempionu Araz Musayev Haluk Bayraktar və Məhəmməd Şahinlə birgə Hərbi Qənimətlər Parkında olublar.

"Qafqazinfo" xəbər verir ki, onlar Qənimətlər Parkında 44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistan ordusundan ələ keçirilən hərbi qənimətlərlə tanış olublar.

Qeyd edək ki, Türkiyənin "Baykar Savunma" şirkətinin baş direktoru Haluk Bayraktar   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycana gələn nümayəndə heyətində yer alıb. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Qarabağ" ordeni ilə təltif edilib.