Araz Musayevin oğlu “Beşiktaş”da - Fotolar

araz-musayevin-oglu-besiktasda
Oxunma sayı: 3650

“Muay Thai” Federasiyasının prezidenti Araz Musayevin oğlu Furqan Musayev Türkiyənin “Beşiktaş” klubu ilə müqavilə imzalayıb. “Qafqazinfo” xəbər verir ki, o, İstanbul təmsilçinin U-14 komandasında çıxış edəcək. 

Qeyd edək ki, Furqan Musayev futbola “Qarabağ”ın akademiyasında başlayıb. 2021-ci ildə isə “Beşiktaş”ın diqqətini cəlb edir və İstanbul klubu onu heyətinə qatır. O, bu klubda U-12 və U-14 komandalarında məşq edir. “Beşiktaş” futbolçunu bəyəndikdən sonra “Qarabağ”la onun transferi üçün danışıqlara başlayır və UEFA-ya müraciət edir. Qitə futbol qurumu türkiyəlilərin məktubuna müsbət cavab verir. Türkiyə Futbol Federasiyası da onun “qartallar”ın akademiyasında çıxışına rəsmi icazə verir. 

Furqan Musayev həmçinin “Fənərbaxça” və digər klubların da diqqətini cəlb edib. Onlar da bu oyunçunun transferi üçün rəsmi müraciət göndəriblər.