“Araz Naxçıvan” çempionluğunu rəsmiləşdirdi

araz-naxcivan-cempionlugunu-resmilesdirdi
Oxunma sayı: 2020

Azərbaycan 1-ci divizionunda 2022-2023 mövsümünün qalibi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “Araz Naxçıvan” tarixində 2-ci dəfə aşağı dəstənin qalibi olub.

Səfərdə “Qaradağ Lökbatan”ı iki cavabsız qolla məğlub edən komanda  çempionluğunu rəsmiləşdirib.

Muxtar Respublika təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi “Neftçi-2”ni 11 xal qabaqlayır.

Lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.